Kolumbiya prezidenti Perunu ittiham etdi: Ərazimizi mənimsəyib

Kolumbiya prezidenti Perunu ittiham etdi: Ərazimizi mənimsəyib

Hazırda oxunan: Kolumbiya prezidenti Perunu ittiham etdi: Ərazimizi mənimsəyib
263602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kolumbiya Prezidenti Qustavo Petro Peru hökumətini ölkəsinə məxsus əraziləri mənimsəməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, X-də yazıb.
 

"Boyaka döyüşünün ildönümünü, yəni müstəqilliyimizi qeyd etdiyimiz bu günü Letisiyada keçirəcəyik. Çünki Peru hökuməti bir daha Kolumbiyaya məxsus olan ərazini zəbt edib və Rio-de-Janeyro protokolunu pozub", – deyə dövlət başçısı bildirib.


Petronun sözlərinə görə, Kolumbiya ilə Peru arasında 1934-cü ildə imzalanmış razılaşmaya əsasən, iki ölkə arasındakı sərhəd Amazon çayının ən dərin nöqtəsindən keçməlidir. Lakin həmin ərazidə dövlət sərhədindən şimalda yerləşən adalar yaranıb. Kolumbiya prezidenti bildirib ki, Peru bu adaların öz ərazisi olduğunu təsdiq edən qanun qəbul edib.

Qeyd edək ki, Kolumbiya və Peru sərhəd məsələsi ilə bağlı iki dəfə silahlı qarşıdurma vəziyyətində olublar.

Birinci Kolumbiya-Peru müharibəsi 1828–1829-cu illərdə baş verib və bu, müasir Ekvador ərazisi ilə bağlı mübahisələrə aid idi. İkinci münaqişə isə 1932–1933-cü illərdə, Peru prezidenti polkovnik Luis Sançes Cerro-nun Salomon-Lozano razılaşmasına yenidən baxmaq qərarı ilə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO