İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi

İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi

Hazırda oxunan: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
233981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran iqtidarı ABŞ-nin təzyiqi şəraitində Vaşinqton ilə Tehranın nüvə proqramı məsələsi üzrə danışıqlar aparmağı məqsədəuyğun hesab etmir.

Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçi bildirib.

“Zəif mövqedən danışıqlar əsl danışıqlar deyil. Bu, təslim olmaqdır. Biz heç vaxt belə şəraitdə danışıqlar aparmayacağıq”, - nazir deyib.

O əlavə edib ki, Tehran heç vaxt dialoqdan imtina etməyib, lakin ABŞ-nin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə bağlı hərəkətləri göstərib ki, Vaşinqtona etibar etmək olmaz. O izah edib ki, İran eyni zamanda dialoq apararkən yeni sanksiyalar tətbiq edən ölkə ilə danışıqlara getməyəcək.
 

Əraqçi qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatının inkişafında əsas maneədir və Tehran məhdudiyyətlərin ləğvi üçün beynəlxalq tərəfdaşlarla dialoq və ölkənin daxili potensialının inkişafı yolu ilə onlarla mübarizə aparacaq.


Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla sövdələşməyə hazır olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO