KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq

KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq

Hazırda oxunan: KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
217502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror hücumu ilə bağlı Rusiya səfərini yarımçıq qoyaraq ölkəyə qayıdacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yayılıb.

Bildirilib ki, Ərdoğan oktyabrın 24-ü Tatarıstanın paytaxtı Kazandan Ankaraya yola düşəcək.

Qeyd edək ki, Türkiyə lideri XVI BRICS Sammiti ilə əlaqədar Tatarıstanın paytaxtı Kazan şəhərinə rəsmi səfər edib.

Xatırladaq ki, dünən Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib.

Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi Əli Yerlikaya deyib ki, yaralananlardan 3-ü xəstəxanadan buraxılıb.

Yeri gəlmişkən, terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO