Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət etdi - VİDEO

Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət etdi - VİDEO

Hazırda oxunan: Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət etdi - VİDEO
21717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq planı imzalandı


Əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO