Emin Mahmudovdan paylaşım: “Artıq “Neftçi”nin kapitanı deyiləm”

Emin Mahmudovdan paylaşım: “Artıq “Neftçi”nin kapitanı deyiləm”

Hazırda oxunan: Emin Mahmudovdan paylaşım: “Artıq “Neftçi”nin kapitanı deyiləm”
212615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov özünün sosial şəbəkə səhifəsində paylaşıb. 

Mahmudov əlavə edib ki, hər zaman komandasına dəstək olmağa çalışıb:
 

“Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”. 


Qeyd edək ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vitse-kapitanlar isə Yuri Matias və Robert Bauer təyin edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO