“Araz Naxçıvan” braziliyalı oyunçu transfer etdi

“Araz Naxçıvan” braziliyalı oyunçu transfer etdi

Hazırda oxunan: “Araz Naxçıvan” braziliyalı oyunçu transfer etdi
201725
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. 

Bizim.Media xəbər verir ki, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel Kadinyo ilə anlaşıb. 

Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. 
Məlumat üçün qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir. Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib.

Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO