Braziliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Braziliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Hazırda oxunan: Braziliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi
200937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliya Futbol Federasiyası millinin baş məşqçisi Dorival Juniorla bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, milli Amerika kubokunda mübarizəni dayandırsa da, mütəxəssislə əməkdaşlıq davam etdiriləcək. 

Bu barədə qurumun prezidenti Ednaldo Rodriqes məlumat verib:

“İki aydan sonra dünya çempionatına vəsiqə uğrunda oyunlar başlayacaq və plan belədir: Dorival ilə işi davam etdirmək. Dorival nəyin səhv olduğunu yaxşı bilir. Bunun üzərində rəqabətli komanda qura bilərsiniz. Layihənin əsas məqsədi budur. Çünki hər dəfə dəyişiklik edəndə yenidən başlayırsan və bu həmişə daha çətin olur”. 

Xatırladaq ki, Braziliya Amerika kubokunun 1/4 finalında Uruqvaya (0:0, penaltilər- 2:4) uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO