Daha iki güləşçimiz Avropa çempionatının FİNALINDA

Daha iki güləşçimiz Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Daha iki güləşçimiz Avropa çempionatının FİNALINDA
199680
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəqan Fətiyev (45 kq) türkiyəli Buğra Kavaka 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fəqan sabah təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanovla qarşılaşacaq.

Muhamməd İsmayılov (51 kq) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Muhamməd qızıl medal uğrunda rusiyalı Ralan Şoqenovla mübarizə aparacaq.

Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) üzərində qələbə qazanaraq adını finala yazdırıb. Hüseyn həlledici görüşdə rusiyalı İbrahimqadji Maqomedovla güləşəcək.

Qəzənfər Kazımlı (71 kq) ermənistanlı Narek Hovannisyanla (14:1) italiyalı Qabriele Pavona (13:2) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda moldovalı Katalin Spinuya 0:11 hesabıyla məğlub olub.

Rəqib finala yüksəldiyi üçün Qəzənfər sabah təsəlliverici görüşdə Deklan Blih (İrlandiya) – David Kodakov (İspaniya) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.

Fərhad Süleymanlı (92 kq) polşalı David Rutkovskiyə (10:0) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikolaos Karavanosa 4:6 hesabıyla məğlub oldu. Rəqib finala yüksəldiyi üçün Fərhad sabah təsəlliverici görüşdə macarıstanlı Yussef Solimanla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO