Məhərrəm Əliyev Belarusda işə başladı – FOTO 

Məhərrəm Əliyev Belarusda işə başladı – FOTO 

Hazırda oxunan: Məhərrəm Əliyev Belarusda işə başladı – FOTO 
172150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Belarus arasında yüksək səviyyəli səfərlərin təşkili müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 5-də Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Şərqi Avropa ölkəsinin XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib. Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirilib.

Eyni zamanda, tərəflər Azərbaycanla Belarus arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO