Nazir: “Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır

Nazir: “Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır"

Hazırda oxunan: Nazir: “Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır"
171170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır. Növbəti mərhələdə biz baş verənləri görəcəyik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. 

Nazir sülh müqaviləsi ilə bağlı proseslərə maneə törədən məqamlara toxunaraq söyləyib: 

"Biz də başa düşürük ki, məsələnin tarixi var. Burada yanaşma ondan ibarət olsa ki, biz hər məqamı razılaşdırmaq istəyirik, bu çox uzun proses ola bilər. Bunun əvəzinə, hər iki tərəfin razılıq verdiyi, ciddi fikir ayrılığı yaratmayan bir sənədin ortaya qoyulması bizim yanaşmamızdır.

Bu sülh istiqamətində çox ciddi addım ola bilər. Bunun baş verməsinə maneə törədən amillərdən danışası olsaq, burada işğal faktoru böyük rol oynayıb. 2020-ci ildən sonra ümidimiz vardı ki, proses sürətli gedəcək, Ermənistan qanunsuz silahlı birləşmələrini ərazidən çıxaracaq. Ancaq biz bunun şahidi olmadıq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO