Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 

Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 

Hazırda oxunan: Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 
170956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb. 

Daxili işlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.

Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 



Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO  - foto 1
Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO  - foto 2
Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO  - foto 3

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO