İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik etdi

İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik etdi
170630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Amherd,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. 

Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO