Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO

Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO

Hazırda oxunan: Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO
170546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.

Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi parkının təməlini qoyub.

Sonra dövlətimizin başçısı və birinci xanım Mərkəzi parkın ərazisində ağac əkiblər.

 


Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO - foto 1
Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO - foto 2
Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO - foto 3
Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO - foto 4
Ağdam şəhər Mərkəzi parkının təməli qoyuldu - FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO