Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Hazırda oxunan: Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib
170370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bizim.Media xəbər verir ki, başsağlığında deyilir: "Cari ilin 22 dekabr tarixində, İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik.
Bu hadisə zamanı şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO