''Qarabağda doğulan ermənilərin pasportuna Azərbaycan yazılır'' - Ermənistan DİN -  VİDEO

''Qarabağda doğulan ermənilərin pasportuna Azərbaycan yazılır'' - Ermənistan DİN -  VİDEO

Hazırda oxunan: ''Qarabağda doğulan ermənilərin pasportuna Azərbaycan yazılır'' - Ermənistan DİN -  VİDEO
15949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu günlərdə belə bir məlumat yayıldı ki, Qarabağda doğulmuş şəxsə Ermənistanda verilmiş pasportda doğum yeri olaraq Azərbaycan qeyd olunub.

Bizim.Media xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyindən Azadlıq radiosunun erməni xidmətinə verilən məlumatda qeyd edilir ki, bu, yenilik deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su… 


Müstəqillik dövründən bu günədək Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hakimiyyəti zamanı Qarabağda verilən pasportlarda doğum yeri olaraq Azərbaycan göstərilir.

“SSRİ dövründə doğulan vətəndaşların pasportuna AZ. SSR  qeyd edilib. 1994-cü ildən bəri- Ermənistan Respublikasının yeni pasportları veriləndə  Azərbaycanda doğulan, lakin Ermənistanda yaşayan vətəndaşların pasportlarına onların öz arzusuyla Ermənistan qeyd edilə bilər. Amma bunun qanuni əsası yoxdur.

Pasportda başqa, doğum şəhadətnaməsində başqa dövlət yazıldığından vətəndan bir sıra problemlərlə üzləşir.

Ona görə də bir çox vətəndaş pasportunda yenidən düzəliş etdirərək, Azərbaycan yazılması üçün müraciət edir”- deyə Ermənistan DİN açıqlama verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO