
- A-
- A
- A+
İdman
20:19 / 02.09.2023
1 dəq oxunma
Atletimiz Türkiyədə gümüş medal qazandı - FOTO
Hazırda oxunan: Atletimiz Türkiyədə gümüş medal qazandı - FOTO
153358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan Çempionatı keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılarımızdan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.
İlahə 400 metr məsafəyə qaçışda 56.54 saniyəlik nəticə göstərib. Bu göstərici ilə Quliyeva yarışın gümüş medalını qazanıb. Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib.
Qeyd edək ki, Hacızadə yarışda 7-ci yeri tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün


































































































