“Neftçi” bu gün iki futbolçu ilə müqavilə bağlayacaq

“Neftçi” bu gün iki futbolçu ilə müqavilə bağlayacaq

Hazırda oxunan: “Neftçi” bu gün iki futbolçu ilə müqavilə bağlayacaq
152624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” bu gün iki futbolçu ilə müqavilə bağlayacaq. 

Bizim.Media xəbər verir ki, həmin oyunçulardan biri yeni legionerdir. 

Bir neçə gündür Bakıda olan yarımmüdafiəçi Dieqo Valdeslə danışıqlar yekunlaşıb. Paraqvaylı oyunçu ilə 2+1 illik müqavilə rəsmən elan olunacaq.

29 yaşlı legionerin 6 nömrəli formanı geyinəcəyi gözlənilir. Digər müqavilə İsmayıl Zülfüqarlı ilə bağlıdır.
Klubun yetirməsi olan, 2019-cu ildən əsas heyətə cəlb olunan 22 yaşlı futbolçu bu gün bir illik yeni müqaviləyə imza atacaq. Anlaşması başa çatan futbolçunu itirmək istəməyən “Neftçi” onunla çoxdan əldə edilmiş razılaşmanı rəsmiləşdirəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO