Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO

Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO

Hazırda oxunan: Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO
147553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib. 

Məlumata görə, xaker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa olunub. 

Çerkassı xakerinin hücumları ölkə əhəmiyyətli obyektin infrastrukturunun kompüter sisteminin işinə qəsdən mane olmağa səbəb olub. 

“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə nazirliyin məlumatında qeyd edilib. 
Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən olunur. 

Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO - foto 1
Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO - foto 2
Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO