Müqəddəs Taxt-Tacın dövlət katibi: “Azərbaycanla sülh məsələlərində eyni mövqedəyik”

Müqəddəs Taxt-Tacın dövlət katibi: “Azərbaycanla sülh məsələlərində eyni mövqedəyik”

Hazırda oxunan: Müqəddəs Taxt-Tacın dövlət katibi: “Azərbaycanla sülh məsələlərində eyni mövqedəyik”
145546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr var.

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.

O bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dinlərarası dialoq, əməkdaşlıq və sülh barədə müzakirələrinin olduğunu xatırlayır:

"Mən Azərbaycan Respublikasının hökumət üzvlərinə öz təşəkkürümü çatdırıram. Müqəddəs Taxt-Tac və Azərbaycan humanitar məsələlərdə, xüsusilə də təhlükəsizlik və davamlı sülh məsələlərində eyni mövqe sərgiləyir. Bizim bu regionda təmsilçiliyimiz çox vacib əhəmiyyət daşıyır. Çünki bizim diplomatik münasibətlər uzun illər boyunca dərinləşib və güclü tərəfdaşlıq, o cümlədən sülhməramlı həll yollarının tapılmasında birgə çalışmışıq. Ötən il Müqəddəs Taxt-Tacla Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd etdik".

"Azərbaycan multikultural dövlət kimi çox yüksəklərdən parıldayır. Katolik kilsəsinin burada gözəl bir harmoniyada yaşaması da bu dəyərlərin yüksək təcəssümüdür",- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO