MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq olub - FOTO/VİDEO

MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq olub - FOTO/VİDEO

Hazırda oxunan: MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq olub - FOTO/VİDEO
134557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzulinin Pirəhmədli kəndinə 2 min 369 nəfər KÖÇÜRÜLƏCƏK


Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir.

Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək. 

Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. 

Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək. 

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. 
 


MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq olub - FOTO/VİDEO - foto 1
MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq olub - FOTO/VİDEO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO