Pentaqon təsdiqlədi: Heqset Trampın prezidentlik müddətinin sonunadək vəzifəsində qalacaq

Pentaqon təsdiqlədi: Heqset Trampın prezidentlik müddətinin sonunadək vəzifəsində qalacaq

Hazırda oxunan: Pentaqon təsdiqlədi: Heqset Trampın prezidentlik müddətinin sonunadək vəzifəsində qalacaq
646105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın müharibə naziri Pit Heqset mümkün istefası ilə bağlı məlumatlara baxmayaraq, Donald Trampın prezidentlik müddətinin sonunadək vəzifəsində qalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell “Fox News” telekanalına müsahibəsində bildirib.

“Heqset 100 faiz Prezident Trampın səlahiyyət müddətinin sonunadək quruma rəhbərlik edəcək”, – deyə Parnell qeyd edib.

O bildirib ki, Heqset siyasi mübarizədə xal qazanmağa çalışan və heç bir qanun pozuntusu olmadığı halda saxta araşdırmalar başlatmaq istəyən siyasətçilərin təzyiqlərinə boyun əyməyəcək.

Parnell əlavə edib ki, Müharibə Nazirliyi qanunlara ciddi şəkildə əməl edir və nazir hər gün Konstitusiyanın müdafiəsi, ABŞ hərbi qüvvələrinə rəhbərlik və ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Heqsetin fəaliyyətindən razı olduğunu və onun vəzifədən kənarlaşdırılmasını nəzərdən keçirmədiyini bildirmişdi.

Bununla belə, “CBS News” telekanalı çərşənbə günü mənbələrinə istinadən Trampın ABŞ Konqresinə aralıq seçkilərində demokratların qələbəsindən sonra Heqsetin gələcəyini müşavirləri ilə müzakirə etdiyini xəbər vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO