Alyona Kolesnik də Avropa çempionatında yarımfinala YÜKSƏLDİ  

Alyona Kolesnik də Avropa çempionatında yarımfinala YÜKSƏLDİ  

Hazırda oxunan: Alyona Kolesnik də Avropa çempionatında yarımfinala YÜKSƏLDİ  

131681

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 

Bizim.Media xəbər verir ki, Alyona Kolesnik 59 kq çəki dərəcəsində qızıl medal şansını davam etdirib. 

1/4 finaldan mübarizəyə qoşulan Kolesnik bu raundda italiyalı Moreno De Vitanı iki dəqiqə ərzində məğlub edib. Onun yarımfinaldakı rəqibi Yuliya Tkaç (Ukrayna) olacaq. 

Xatırladaq ki, daha əvvəl Mariya Stadnik yarımfinala adlayıb. 50 kq-da çıxış edən səkkizqat qitə çempionu finala vəsiqə uğrunda Anna Lukasyakla (Polşa) görüşəcək. 

Digər güləşçi Elnurə Məmmədova (55 kq) isə 1/4 finalda Andrea Anaya uduzub. Rumıniyalı güləşçi finala yüksələ bilsə, Məmmədova təsəlliverici görüşə qatılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO