Türkiyə İran bankının İstanbul filialının lisenziyasını ləğv etdi

Türkiyə İran bankının İstanbul filialının lisenziyasını ləğv etdi

Hazırda oxunan: Türkiyə İran bankının İstanbul filialının lisenziyasını ləğv etdi
637592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə İranın “Bank Mellat” bankının İstanbul filialının fəaliyyət lisenziyasını ləğv edib.

Bizim.Media “Al Arabiya” kanalına istinadən xəbər verir ki, qərar bu gün Türkiyənin rəsmi mətbuatında dərc olunub. Türkiyə rəsmiləri lisenziyanın ləğv edilməsinin səbəbini açıqlamayıb.

Qərar ABŞ-nin İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən Türkiyənin “Golden Global” bankına qarşı sanksiyalar tətbiq etməsindən təxminən iki həftə sonra qəbul edilib.

Vaşinqton bu tədbirlərin Tehran üzərində təzyiqi artırmaq və İranın iqtisadi təcridini gücləndirmək məqsədi daşıdığını bildirib.

Rəsmi məlumatda qeyd olunub ki, Türkiyənin Bankçılığın Tənzimlənməsi və Nəzarəti Qurumu (BDDK) “Bank Mellat”ın İstanbul filialının lisenziyasını ləğv edərkən qərarı ABŞ-nin sanksiyaları və ya bankın mümkün əməliyyat problemləri ilə əlaqələndirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO