Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Hazırda oxunan: Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

637610

Astarada iki nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun dağlıq ərazidə yerləşən Təxtənəkəran kəndində qeydə alınıb.

Məlumata əsasən, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan hərəkət edən, 1957-ci il təvəllüdlü Miki kənd sakini Gülağa Ağahəsən oğlu Əliyevin sürdüyü “Niva” markalı avtomobillə toqquşub. Toqquşmanın ardından yük maşını yoldan kənara çıxaraq aşıb.

 

“Niva”da olan sürücü G.Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, həmçinin 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev xəsarət alıblar.

 

Yaralılar tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ata və oğulun – G.Əliyev və R.Əliyevin vəziyyətinin ağır olduğu bildirilib. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Hər iki şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.

İlkin araşdırmalara görə, “Ford Transit”in əyləc sistemində problem yaranıb. Bu səbəbdən sürücü nəqliyyat vasitəsinə tam nəzarət edə bilməyib və qarşıdan gələn “Niva” ilə toqquşma baş verib.

Hadisə zamanı “Ford Transit”in sürücüsü xəsarət almayıb.

Qeyd olunur ki, qəzanın baş verdiyi yol hissəsində relyef enişli-yoxuşludur.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO