ABŞ Ermənistan ordusunun islahatlarına bütün potensialını qoyacağına SÖZ VERDİ

ABŞ Ermənistan ordusunun islahatlarına bütün potensialını qoyacağına SÖZ VERDİ

Hazırda oxunan: ABŞ Ermənistan ordusunun islahatlarına bütün potensialını qoyacağına SÖZ VERDİ

637594

Yerevanda Ermənistan və ABŞ arasında müdafiə məsləhətləşmələri keçirilib. Görüşdə Vaşinqton respublikadakı müdafiə islahatlarına bundan sonra da dəstək verəcəyinə söz verib. 

Bizim.Media xəbər verir ki, bu barədə press-reliz Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, danışıqlarda respublikanın hərbi idarəsinin nümayəndələri, ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasının komandanı, briqada generalı Pol Şneyder və Pentaqonun rəsmiləri iştirak ediblər.
 

Bəyanatda bildirilib ki, müdafiə sahəsində Ermənistan və ABŞ arasında əməkdaşlıq çərçivəsində son illərdə həyata keçirilən proqramların yekunları vurulub. Həmçinin tərəflərin bütün əməkdaşlıq istiqamətləri üzrə inkişaf potensialını müzakirə etdikləri əlavə olunub.


Pentaqon rəhbərinin köməkçisinin müavini Endryu Lumis əmin edib ki, ABŞ Ermənistan ordusunun transformasiyasına özünün məsləhət, təcrübə mübadiləsi və digər istiqamətlərdəki dəstək proqramlarının bütün potensialını yatırmağa davam edəcək. Məsləhətləşmələrin yekununda tərəflər görülən işlər və əldə olunmuş razılaşmalar barədə protokol imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO