“Qarabağ” ispaniyalı futbolçu ilə maraqlanır

Hazırda oxunan: “Qarabağ” ispaniyalı futbolçu ilə maraqlanır

118942

“Qarabağ”ın transfer etmək istədiyi daha bir futbolçunun adı məlum olub. 

Bizim.Media xəbər verir ki, çempion Portuqaliyanın “Tondela” klubunun müdafiəçisi Manu Ernando ilə maraqlanır.

İspaniyalı futbolçunun komandası ilə müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi artıq indidən futbolçu ilə ilkin danışıqlara başlayaraq mövsümün sonunda onu azad agent kimi heyətə cəlb etmək istəyir. 

“Qarabağ” qış fasiləsində “Tondela”nın digər üzvü Telmu Arkanjini transfer etmək istəsə də, tərəflər razılığa gələ bilməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO