Ölkə başçısı İlham Əliyev son müşavirə çıxışında Azərbaycan iqtisadiyyatının vəziyyətindən danışdı. Biz də müşavirədədilə gətirilən bir çox mətləblərə ölkənin tanınmış iqtisadçılarıyla birgə nəzər salmağa qərar verdik.
AXC hakimiyyətinin maliyyə naziri olmuş Saleh Məmmədov gündəmin aktual mövzuları ətrafında bir sıra sualları cavablandırıb, onu təqdim edirik:
xa0
-Saleh bəy, bir müddət əvvəl Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı bir yazınız dərc olundu. Yazıda ölkənin qarşısında duran ümdə problemlərin həlli yollarını göstərirdiniz. Bir neçə gün öncə Prezident İlham Əliyev də müşavirədə çıxış etdi. O da təxminən, eyni mövzuda danışdı. Bu çıxışı necə qiymətləndirdiniz?
- Prezidentin çıxışında iqtisadi tərəfləri şərh edə bilərəm və hesab edirəm ciddi və vacib məsələlər üzrə nəticələri əhaliyə bəyan etmişdir. Onun çıxışından çıxartdığım əsas və bu gün üçün olduqca vacib nəticələr bunlardır:
1. Azərbaycanın iqtisadi gücü hər cür titrəmələrin və böhranın öhdəsindən gəlməyə tam yetərlidir. Hətta hər hansı böhran iqtisadi inkişafı zəiflədə bilməz. Bu bəyanat hər cür faktlarla əsaslandırılmışdı. Bu çox bazarın, investorların, beynəlxalq təşkilatların panikaya düşməsinin qarşısını aldı və ətrafı tam sakitləşdirdi, hətta qorxuya düşən məmurları belə.
2. Ölkədə qarşıya qoyulan yüksək inkişaf hədəfinə çatmaq kimi məqsəddən geri dönüş yoxdu və ali məqsəd üçün bütün güc sərf edilməlidi. Bunun üçün isə xammala arxalanma prinsipindən innovativ yola keçilməsi olduqca vacibdi. Xüsusilə cahillik hökm sürən bir müsəlman ölkəsində elm və texnikaya dayanıqlı bir iqtisadiyyat qurmaq asan vəzifə deyil.
3. Bu məqsədlərə çatmaq üçün ciddi islahatlar davam etdiriləcək, hətta kadr islahatları aparılacaq. Həqiqətən də yüksək innovativ iqtisadiyyat qurmaq üçün yüksək biliyə və elmə sahib kardlar lazımdı...
-Çıxışda vurğulanan məsələlərdən biri də çevik hökumətin yaradılması ilə bağlı idi. Nə deməkdir çevik hökumət və siz onu necə görmək istərdiniz?
- Təbii ki, bunu prezident daha yaxşı bilir. Mənim fikirimcə, bir neçə dil bilən, öz sahəsi üzrə kamil profesional biliyə sahib, İT üzrə hərtərəfli işləmək qabiliyyətinə malik, dinamik, gənc və çevik kadrlardan formalaşan bir hökümətdi çevik hökümət. Amma aşağı intelektual səviyyəyə sahib müsəlman ölkəsində bunların hamısını tapmaq çox çətindi, hətta bəzən xaricdən mütəxəssislər gətirmək, zənnimcə, pis olmazdı. Mən, məsələn, işləyərkən bir neçə əcnəbi məsləhətçi dəvət etmişdim, daimi bizdə xaricdən gələn xa05-6 nəfər məsləhətçi fəaliyyət göstərirdi və çox da böyük effekt verirdi.
-ADR sədri Qubad İbadoğlu Azərbaycanın borclarının 25 milyard dollar olduğunu bildirib və belə durumda xarici kreditorlardan borc götürməyin təhlükəli olacağından danışıb. Siz isə tamamilə başqa cür düşünürsünüz. Hətta 100 milyard dollar kredit götürməyi təklif edibsiniz. O borcu sonra qaytara bilərikmi?
- Bilirsiz, mənim istifadə etdiyim məlumatlar xa0əsasən BVF, DB, BHB, ABŞ CİA-nın məlumatlarıdı. Azərbaycanda, zənn etmirəm, dəqiq məlumatlar tapa bilim və ya özüm gərək xeyli vaxt sərf edərək dəqiq hesab çıxarım. Ona görə də 6 mlrd da, 25 mlrd da hər ikisi xeyli mübahisəli rəqəmlərdi. Həm də arqument və təhlillər üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə əlavə vaxt sərf etmək istəməzdim. Əsas arqumentlər isə nədir? 1. Təhlil zamanı bir qanunauyğunluq müəyyən etdim- borclanmanın həcmi ilə iqtisadi inkişaf səviyyəsinin düz mütənasibliyi. Böyük Britaniyanın 9,9 trilyon borcu var. Bu da onun ÜDM-dan 4,1 dəfə çoxdur, Lüksemburq ”“ 3,5 trilyon və 34,4 dəfə, Fransan ”“ 2,2 dəfə, İsveçrə - 1,7 trilyon və 2.3 dəfə, xa0Sinqapur- 1,8 trilyon və 6 dəfə xa0və s. xa0Amma Azərbaycanda bu rəqəm CİA ”“nın məlumatlarına görə, 6 milyarddır və ÜDM ”“nin 8%-di. Azərbaycanla yanaşı olan ölkələrdə: Fitci, Ekvatorial Gvineya, İran, Braziliya, Meksika, Əlcəzair və s. kimi geridə qalmış ölkələrdə xarici borcların ÜDM ”“də payı 3-20% həddindədi. Bu isə onu göstərir ki, kim daha çox vəsait cəlb edib iqtisadi inkişafa yönəldibsə, o, zirvələri fəth edib, əksinə, hansı ölkə iqtisadiyyatına xarici kapital cəlb edə bilməyiblərsə, inkişafdan geri qalıb. Üstəlik, Azərbaycan xa0geridə qalan ölkə də deyil və onun kredit alma imkanları çoxdu. Sadəcə işin düzgün təşkili lazımdı. 2. Milyardlarla investisiya tələb edən potensial layihələr var. Bunlar böyük xəzinədi. Pul tapıb bu rezervlərİ hərəkətə gətirə bilsək, bir neçə qatından artq gəlir, məhsul əldə edəcəyik, eləməsək, gözləsək ki, görək haçan neftin qiyməti qalxacaq, onda həmin resurslar da çürüyüb gedəcək, insanlarımız da həm mənəvi və həm də maddi cəhətdən müflisləşəcək. 3. Borclanma bir tərəfdən iqtisadi inkişafı gücləndirməklə, digər tərəfdən, borc sahiblərinin zəmanətini almaqla müstəqilliyimizə tam qarantdır. Oponentlərimiz tam xa0kommunist aglı ilə Sovet təsirindən ayrıla bilmirlər, bu da məni üzür. Yəni, ““xarici burjuaziyanın”x9d təsiri altına düşərik”x9d xofu hələ də bizim canımızdan çıxmayıb. Bu məntiqlə “yetim”x9d isveçrəlilər, 1,7 trilyon, Sinqapurlular 1,8 trilyon, Norveçlilər 740 milyard xarici borcla lap qapazaltıdırlar ki? Nə qədər zəif məntiqdir! Ölkəyə nə qədər çox və xüsusilə də, böyük, qüdrətli ölkələrdən kapital və həm də borc gətirə bilsək, bir o qədər əbədi müstəqil olacağıq. Sənin ölkənə böyük miqdarda borc verən, sərmayə qoyan heç bir dövlət səni işğal etməyə qoymaz. H. Əliyev böyük və uzaqgörən siyasətçi idi, onun tələsik böyük miqdarda iri dövlətlərin sərmayəsinin Azərbaycana yerləşdirilməsi təsadüf deyildi, müstəqilliyimizə ən böyük qarant bu gün, bəlkə də, o kapitaldır.
-Yunanıstan əhali sayı etibarilə Azərbaycan boydadır. Avropa qitəsində yerləşir və geopolitik əhəmiyyət baxımından da bizdən çox öndədir. Xarici kreditorlar da ona 300 milyarddan artıq kredit vermişdilər. Yunanıstan bu fürsətdən yetərincə istifadə edə bilmədiyindən batdı. Eyni tale bizi gözləyə bilərmi?
- Əvvəla, təhlil apararkən kütləvilik əsas meyyar olaraq götürülməlidi, tək hadisəylə nəticəyə gəlmək olmaz. İkinci, Yunanıstanın borcu əsasən, dövlət borclarıdır, yəni dövlət ödəməlidir. Daha sonra, borcları 1,5 dəfə ÜDM ”“dən çoxdur, xa0bu ölkənin demək olar ki, valyuta rezervi yox səviyəsindədir -5 mlrd dollar. Bizimlə heç bir müqayisəyə gəlmir. Müqayisə üçün mən də başqa bir fakt göstərə bilərəm: Haitinin cəmi 850 milyon dollar (ÜDM-4%) borcu var, amma 4 özündən min dəfə dəfə çox borcu olan Sinqapurdan pis və asılı vəziyyətdə yaşayır.
-Sizcə, korrupsiyaya bulaşmış indiki hökumətlə bu riskə getmək təhlükəli deyil?
- Heydər bəy, hər şey müqayisədə dərk olunur. Bir yolunuz düşsə hər zaman “çiçəklənən”x9d Ukraynaya, Rusiyaya, Özbəkistana, Allah eləməsin, Ermənistana, təbii ki, sualınızın cavabını özünüz verərdiniz. Vaxtı ilə bu ölkələr bizdən çox üstün yaşayıblar. Amma indi biz əksəriyyətini qabaqlamışıq. Eyni suallar neft artımı təzə başlayanda da verilirdi, amma indi hər şey göz qabağındadı. Mən demirəm, kristal təmizlik var, hər şey öz qaydasındadı, amma müqayisədə görürəm, qonşularımızın hamısından irəli keçmişik. İndiyə kimi elə bir risk hiss etməmişəm, inşallah bundan sonra da olmaz.
xa0-Prezident də etiraf etdi ki, 2016-cı ildə xa0Azərbaycanı çətin sınaq gözləyir. Bu imtahandan uğurlu çıxmaq üçün hakimiyyətə nə tövsiyə edərdiniz?
-Hesab edirəm ki, Prezident öz çıxışında bunların hamısına müəyyən mənada aydınlıq gətirdi. Ölkənin siyasi iradəsi atılacaq hansı addımların bizi böhrandan sığortalayacağının fərqindədir. Mənim fikrimə gəlincə, öz istəklərimi bu cür təsnifatlandıra bilərəm:
1. inhisar (monopoliya) tam aradan qaldırılmalı;
2. Yeni qanunvericilik aktları hazırlanmalı, xarici kapital və xaricə kapital üzrə yeni hüquqi baza qurulmalı, təşviqlər müəyyənləşdirilməli;
3. Kredit və sərmayələr üzərində bank və xəzinə nəzarəti sistemi qurulmalı;
4. Ciddi antikorrupsiya tədbirləri görülməli;
5. İri və kiçik prioritet layihələr müəyyənləşdirilməli ...... və s.(strateq.az)





































































































