Bu gün xalq artisti, məşhur xanəndə Arif Babayevin doğum günüdür. Onun 80 yaşı tamam olub.
Xanəndəxa0 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb.xa0
Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Moderator.az xəbər verir ki, Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə alıb.
Həmin müsahibıni təqdim edir:
- Arif müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır. Arif Babayevxa0 doğum gününü necə keçirir?
- Doğum günüm əla keçir. Vallah qohum-əqraba, balalarım-hamı bir yeri yığışıb qeyd edirik. Çox elə təmtəraqlı bir şey istəmirəm. Uşaqlarımla, nəvələrimlə evdə birlikdə keçirmək yetər mənə. İndi də Azərbaycan Milli Konservatoriyasınaxa0 çağırıblar, doğum günümü qeyd etmək üçün ora gedirəm. Axşam da evimizdəyəm.
- Prezidentin sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edildiniz.xa0
- Dövlətin rəhbərliyi sağ olsun. Xalqım var olsun hər zaman. Bu baxımdan mən sizə, dinləyicilərimə, xalqıma borcluyam.
- Bir aşıq mahnısında deyildiyi kimixa0 “50-ni aşırdım, 100-ə nə qaldı” . Arif müəllim, 80 yaşınız tamam oldu. Qocalmaq sizi qorxutmur ki?
- Nə danışırsınız, mən əksinə, sevinirəm ki, zamanları, illəri ötmüşəm. Həyatımı dolu-dolu yaşamışam. Pisi də, yaxşını da görmüşəm.
- Bəs o dediyiniz illər necə ötdü?xa0
- Mənim taleyimdə çox çətin günlər dəxa0 olub, yaxşı günlər də. Ən gözəl günlərim bəlkə də indidir. Amma hələ də bir ağrımız var. O da Qarabağdır.xa0 Qarabağ ürəyimizdən çıxmır və çıxmayacaq da.
- Adətən yaş artdıqca, insanların fikirləri kimi səsi də dəyişir.xa0 Əvvəlki illərlə müqayisədə ifalarınız fərqlənirmi?
- Vallah, mən 80 yaşındayam.xa0 Buna baxmayaraq, hələ ki babatam. Səsim də yerindədir. Düzdür, cavanlar kimi deyil, amma şükür ki, var.
- Cavanları vurğuladınız. Sizxa0 həm də Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdirisiniz, pedaqoq kimi fəaliyyət göstərirsiniz. Gənclərlə münasibətiniz necədir?
- Əla. Gənclər bizim gələcəyimizdir. Onlar bu baxımdan hər kəs üçün örnək olmalıdır. Ürəklə, canla-başlaxa0 gənclərlə çalışıram.
- Sözünüzə qulaq asırlar?
- Təbii ki. Necə qulaq asmaya bilərlər?
- Siz muğam müsabiqələrində münsif kimi iştirak etmisiniz. Necə düşünürsünüz, indiki muğam ifaçıları qənaətbəxşdirmi?
- Gənclərimizi hər zaman alqışlamışam.xa0 Biz onları bacardığımız qədər öyrətməyə çalışırıq. Ona görə də bugünkü ifaçıların yaxşı olduğunu deyə bilərəm. Məsələn, mən razıyam. Tələbələrimin hamısı mənə çox hörmətlə yanaşır. Qarşılığında dediyim kimi, müəllim olaraq canla-başla onlara öyrədirəm. Uşaqlara həm də öz balam kimi yanaşıram.
- Özünüz hansı ifaçılara qulaq asırsınız?
- Əvvəla, indiki gənclərin ifalarını dinləyirəm. Digər tərəfdən də böyük sənətkarlarımız var.xa0 Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov və bu kimi gözəl xanəndələrimizin hamısına qulaq asıram.





































































































