Solovyov Şoyqunu tənqid etdi: “Əraziləri itirməyi dayandırın, əsl döyüşə başlayın” – VİDEO

Solovyov Şoyqunu tənqid etdi: “Əraziləri itirməyi dayandırın, əsl döyüşə başlayın” – VİDEO

Hazırda oxunan: Solovyov Şoyqunu tənqid etdi: “Əraziləri itirməyi dayandırın, əsl döyüşə başlayın” – VİDEO

96312

Ermənipərəst rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov Rusiya hərbi komandanlığını tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

“Hər dəfə oxuyuruq ki, ukraynalılar bizimkiləri sıxışdırıblar, harasa girirlər... Nəhayət, ora bölmələri, hava kəşfiyyatı texnikasını göndərin. Nə baş verir?”.  Solovyev Ukrayna Silahlı Qüvvələrinin hücumunun davam etdiyi Liman ətrafındakı vəziyyətə qəzəblənib.
O, şəhərin mühasirəyə alınmaması üçün Liman qarnizonuna əlavələr qüvvələr göndərməyə çağırıb.

“Biz istəyirik ki, onlar Luqansk vilayətinin sərhədinə çatsınlar? Sonra da deyəcəklər ki, mühasirəyə aldılar, geri çəkildik. Yəni, Xarkovdakı kimi yatıblar?”, - deyə o bildirib.

Aparıcı "Artıq yaşayış məntəqələrini itirməyi dayandırın" deyib və ordunu real mübarizəyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO