Semyon Peqov indi də Türkiyəyə şər atdı – VİDEO

Semyon Peqov indi də Türkiyəyə şər atdı – VİDEO

Hazırda oxunan: Semyon Peqov indi də Türkiyəyə şər atdı – VİDEO

82598

Yaydığı saxta informasiyalara görə tanınan “WarGonzo” layihəsinin rəhbəri, qondarma jurnalist Semyon Peqov Rusiya televiziyasında Türkiyənin ünvanına şər ifadələr işlədib. 

Bizim.Media xəbər verir ki, qanunsuz olaraq Ukraynanın Xarkov vilayətinə yollanan ermənipərəst jurnalist “Russia 1” telekanalının canlı efirinə qoşularaq iddia edib ki, rəsmi Ankara bəzi “cihadçıları” Ukrayna Silahlı Qüvvələrinə yardım etmək üçün Kiyevə göndərməyə hazırlaşır. 

Qeyd edək ki, hazırda Rusiya jurnalistikası Simonyanlar ailəsinin, Vladimir Solovyov kimi böhtançıların təbliğat orqanına çevrilib.

Peqov kimi personaj da onlardan geri qalmır. 2-ci Qarabağ savaşında onun yalanları təkcə Azərbaycan ictimaiyyətinin deyil, məğlub olan ermənilərin də gülüş hədəfi olub.

Daha ətraflı videoda baxa bilərsiniz.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO