Azərbaycanda bu müəssisənin qazdan qanunsuz istifadə etdiyi üzə çıxdı - VİDEO

Azərbaycanda bu müəssisənin qazdan qanunsuz istifadə etdiyi üzə çıxdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda bu müəssisənin qazdan qanunsuz istifadə etdiyi üzə çıxdı - VİDEO

69204

Qaz təchizatından kənar xətt vasitəsi ilə istifadə edən müəssisə aşkar edilib.

Bizim.Media xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprel ayının 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazdan istifadədə yeni CƏZA – Xidmət qaydalarını pozanlara hansı qurum NƏZARƏT EDƏCƏK?


Əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub.

Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.

Ətraflı video materialdan izləyə bilərsiz:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO