Baş nazirdən Xəzərlə bağlı QƏRAR

Baş nazirdən Xəzərlə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən Xəzərlə bağlı QƏRAR

607327

Nazirlər Kabineti Xəzər dənizinin ölkəmizə məxsus bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bunun 9,08 hektarı sahilboyu zolağın altında, 46 hektarı isə su akvatoriyasında yerləşir.

Sənədə əsasən, sahilboyu əraziyə bitişik iki süni torpaq sahəsi yaradılacaq. Bu sahələrdən biri düzbucaqlı, digəri isə gəmi formasında olacaq.

Qərarda qeyd olunub ki, tikinti işləri başa çatdıqdan və obyektlərin istismarına icazə verildikdən sonra həmin ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ediləcək. Eyni zamanda, yaradılacaq süni torpaq sahəsi inzibati baxımdan Sabunçu rayonunun Nardaran qəsəbəsinin ərazisinə daxil ediləcək.
 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrılmış torpaq sahəsi üzrə icarə hüququnun dövlət qeydiyyatına alınması və bu məqsədlə “Nardaran İnvest” MMC ilə müvafiq müqavilənin bağlanması təmin ediləcək.


Tikinti işlərinə icazə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq veriləcək.

Qərarın icrası ilə bağlı məsələlərin həlli müvafiq dövlət qurumlarına tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO