Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILIR?

Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILIR?

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILIR?

607247

Aprelin 15-i Bakıda və bəzi ərazilərdə payız-qış mövsümü başa çatır. Mövsümün başa çatması ilə əlaqədar yaşayış binalarına, həmçinin, təhsil müəssisələrinə və digər obyektlərə istiliyin verilməsi dayandırılıb. Lakin son günlər ölkə ərazisində soyuq hava hökm sürür.

Bəs mövcud hava şəraiti nəzərə alınmaqla xəstəxana, məktəb və bağçalarda istiliyin verilməsi müddəti uzadıla bilərmi?

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya deyib ki, kəskin soyuqlar olduqda mövsümün bir neçə gün uzadılması halları əvvəlki illərdə olub.
 

“Hazırda qar-çovğun, şaxta yoxdur və mövsümün uzadılması prioritet deyil”- deyə qurum rəsmisi bildirib.


Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, ölkədə istilik mövsümü dağ rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixləri nəzərdə tutulur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO