Bu dəfə Mersində şagird silahla YAXALANDI

Bu dəfə Mersində şagird silahla YAXALANDI

Hazırda oxunan: Bu dəfə Mersində şagird silahla YAXALANDI

607325

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra Mersinin Tarsus rayonunda yerləşən Fatih Anadolu Liseyində 12-ci sinif şagirdinin məktəbə silahla gəldiyi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO


Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, günorta saatlarında vəziyyətin fərqinə varıldıqdan sonra məktəb rəhbərliyi və məktəb polisi dərhal hərəkətə keçib. Hər hansı təhlükə yaranmadan şagirdin üzərindəki silah götürülərək müsadirə olunub.

M.M.A. adlı şagird saxlanılıb və rayon Polis İdarəsinə aparılıb. Şagirdin silahı məktəbə hansı məqsədlə gətirdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma davam edir. Şagirdin Mersində yaşadığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO