Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı MƏLUMAT YAYDI

Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı MƏLUMAT YAYDI
607332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Türkiyədə baş verən məktəb hücumları ilə bağlı proseslər ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO


"Prosesin sağlam düşüncə ilə idarə olunması, cəmiyyətin dincliyinin qorunması və xüsusilə uşaqlarımızın psixoloji təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir", - məlumatda bildirilib və əlavə edilib ki, media qurumları yayım siyasətlərində maksimum məsuliyyətli olmalıdırlar.

Belə ki, zorakılıq aktlarının təfərrüatlı şəkildə təsvir edilməsi, qətlə yetirilənlərin və cinayəti törədənlərin kimliklərinin ön plana çıxarılması, hadisələrin dramatikləşdirilərək daim gündəmdə saxlanılması oxşar hərəkətlərə təşviqedici təsir yarada bilər:

"Cəmiyyətdə qorxu və vahimə mühiti də dərinləşər. Bu səbəbdən yayımlarda həssaslıq və etik prinsiplər əsas götürülməlidir".

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.

Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı MƏLUMAT YAYDI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO