Bu qidaları yeyənlər ideal BƏDƏN QURULUŞUNA sahib olurlar

Bu qidaları yeyənlər ideal BƏDƏN QURULUŞUNA sahib olurlar

Hazırda oxunan: Bu qidaları yeyənlər ideal BƏDƏN QURULUŞUNA sahib olurlar

607294

Sağlam qidalanma üçün bahalı “fitnes məhsulları” almağa ehtiyac yoxdur — düzgün və balanslı rasionu ən adi ərzaqlardan qurmaq mümkündür.

Bizim.Media xəbər verir ki, bu barədə məşqçi-nutritionist Yuri Brabeçan “Gazeta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sağlam qidalanmanın bahalı olması ilə bağlı mif əsasən yüksək qiymətə satılan protein batonları və çia toxumları kimi məhsulların satışını stimullaşdırır.

“Əslində isə tam dəyərli rasionu istənilən mağazada satılan adi məhsullardan formalaşdırmaq olar”.

Ekspert əsas məhsullar siyahısına yumurta, toyuq əti, qarabaşaq, kələm, yerkökü və almanı daxil edib. O, səhər yeməyi üçün südlə yulaf sıyığı, qaynadılmış yumurta və alma, nahar üçün isə qarabaşaq, bişmiş toyuq budu və günəbaxan yağı ilə hazırlanmış kələm-yerkökü salatı tövsiyə edib. Ara qida kimi qara çörəkdən hazırlanmış suxarı və kefir, şam yeməyi üçün isə bişmiş kələm və toyuq uyğun hesab olunur.
 

Brabeçan əlavə olaraq rasiona lobya, kəsmik və çörək daxil etməyi məsləhət görüb. Daha çox müxtəliflik istəyənlər üçün ikinci qida seçimi də təqdim olunub. Bu variantda səhər yeməyinə soğan və yerkökü ilə hazırlanmış iki yumurtalı omlet və şəkərsiz çay, nahara isə buxarda bişmiş və ya qəhvəyi düyü, tərəvəz və tomatla bişmiş lobya tövsiyə edilir. Ara qida kimi yağlılığı 9%-dən çox olmayan kəsmik (üzüm qurusu və ya bananla) uyğun sayılır. Şam yeməyi üçün isə tərəvəz qarışığı, yumurta və tam taxıllı çörək məsləhət görülür.


Üçüncü variant isə subproduktlardan istifadə etməyə hazır olanlar üçündür. Bu halda səhər yeməyi üçün su ilə hazırlanmış darı və ya arpa sıyığı, az miqdarda kərə yağı və alma və ya bütöv yerkökü tövsiyə olunur.

Nahar menyusuna soğan və yerkökü ilə bişmiş toyuq ürəyi və ya qaraciyər, arpa və ya qarabaşaq, eləcə də turşu kələm daxildir. Ara qida kimi kefir və ya şəkərsiz təbii yoqurt, şam yeməyi üçün isə tərəvəz raqusu və günorta yeməyindən qalan subproduktlar və ya bir neçə yumurta uyğun hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO