Qobustanda yeni qayaüstü təsvirlər aşkar edildi - FOTO

Qobustanda yeni qayaüstü təsvirlər aşkar edildi - FOTO

Hazırda oxunan: Qobustanda yeni qayaüstü təsvirlər aşkar edildi - FOTO
607315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan növbəti monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir.

"Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir. Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir. Hazırda təsvirlərin sənədləşdirilməsi və 3D modelləşdirilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub.

Qobustanda yeni qayaüstü təsvirlər aşkar edildi - FOTO - foto 1
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edildi - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO