Dövlət büdcəsinin sosial xərcləri hər il ARTIRILACAQ

Dövlət büdcəsinin sosial xərcləri hər il ARTIRILACAQ

Hazırda oxunan: Dövlət büdcəsinin sosial xərcləri hər il ARTIRILACAQ

607313

Dövlət büdcəsindən əhalinin sosial müdəfiəsi xəcləri hər il artırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
 

Qeyd edilib ki, növbəti illərdə də əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatının gücləndirilməsi məqsədilə büdcədə müvafiq maliyyə təminatı yaradılacaq, bu da öz növbəsində sosial rifahın dəstəklənməsində mühüm rol oynayacaq.


Dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2027-ci il üzrə 5 mlrd. 84,6 mlrd. manat, 2028-ci il üzrə 5 mlrd. 238,2 mln. manat, 2029-cu ildə 5 mlrd. 596 mln manat, 2030-cu ildə isə 5 mlrd. 619 mln. manat proqnozlaşdırılıb. Başqa sözlə, büdcəsinin sosial xərcləri hər il 150-350 mln. manat civarında artırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO