Çıxarış verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI – ÖZƏL

Çıxarış verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Çıxarış verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI – ÖZƏL

607280

Məlum olduğu kimi ötən il daşınmaz əmlakla bağlı hüquqi sənədləşmədə mühüm dəyişiklik edildi. Belə ki, 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair müəyyən sənədlər də artıq rəsmi çıxarış almaq hüququ qazandı. Beləliklə bu dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaratmış oldu.

Bəs ötən müddətdə bu istiqamətdə hansı işlər görülüb?

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, Fərmanın icrası istiqamətində görülən işlər hesabına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən çıxarışların sayında xeyli artım qeydə alınıb:

“Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində daşınmaz əmlak üzərində 64.454-ü ilkin, 314.041-i təkrar qeydiyyat olmaqla toplamda 378.495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 2025-ci il ərzində daşınmaz əmlak üzərində 70.596-sı ilkin, 293.540-ı təkrar qeydiyyat olmaqla toplamda 364.136 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
 

2025-ci ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 62.972 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 9.405-i (14.9%) ilkin, 53.567-si isə (85.1%) isə təkrar qeydiyyatın payına düşür.


2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58.996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 10.448-i (17,7 %) ilkin, 48.548-i (82,3 %) isə təkrar qeydiyyatın payına düşür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO