Tramp: “Körfəz ölkələrini İranın nüvə zərbəsindən biz xilas etdik”

Tramp: “Körfəz ölkələrini İranın nüvə zərbəsindən biz xilas etdik”

Hazırda oxunan: Tramp: “Körfəz ölkələrini İranın nüvə zərbəsindən biz xilas etdik”
607306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumu Fars körfəzi ölkələrini Tehranın mümkün nüvə zərbəsindən və sonrakı işğal planından xilas edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, İran bir ay, bəlkə də iki həftə ərzində nüvə silahı əldə edə bilərdi və bundan həm İsrailə, həm də Yaxın Şərqə qarşı istifadə edərdi.

Tramp iddia edib ki, Tehran təkcə İsraili deyil, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-ni də hədəfə almışdı.

“Onlar bütün Yaxın Şərqi ələ keçirmək istəyirdilər və biz onların qarşısını aldıq”, - deyə ABŞ lideri Fox News-a müsahibəsində bildirib.

Tramp, həmçinin keçmiş prezident Barak Obamanı da tənqid edib. O qeyd edib ki, Obama administrasiyasının Tehranla bağladığı razılaşma “tarixin ən pis sazişi” olub və İrana nüvə silahına aparan qısa yol açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO