ABŞ-da daha bir QALMAQAL: 2 konqresmen mandatından imtina etdi

ABŞ-da daha bir QALMAQAL: 2 konqresmen mandatından imtina etdi

Hazırda oxunan: ABŞ-da daha bir QALMAQAL: 2 konqresmen mandatından imtina etdi

607250

ABŞ Nümayəndələr Palatasının üzvləri Erik Svolvell və Toni Qonzales Konqresdən istefa veriblər.

Bizim.Media xəbər verir ki, bu barədə CNN və digər Amerika KİV-i məlumat yayıb. Hər iki siyasətçi Konqresdən çıxarılma səsverməsindən yayınmaq üçün istefa verib.

Bildirilir ki, onlar barəsində Konqresdən çıxarılma proseduru hazırlanıb. Onlara könüllü istefa üçün vaxt verilib, bundan sonra isə formal səsvermə gündəmə gəlib. ABŞ Konqresinin tarixində belə tədbir olduqca nadir hallarda tətbiq edilib.
 

Erik Svolvell bir neçə qadının irəli sürdüyü seksual xarakterli ittihamların mərkəzinə düşüb. Reuters və AP-nin məlumatına görə, ona qarşı seksual zorakılıq, razılıq olmadan intim təmas və açıq-saçıq materiallar göndərilməsi ilə bağlı iddialar səsləndirilib. Svolvell ittihamları rədd etsə də, istefa verdiyini açıqlayıb.


Toni Qonzales isə keçmiş əməkdaşı ilə münasibətləri və etik davranışla bağlı qalmaqal səbəbindən təzyiq altına düşüb. AP və Washington Post yazır ki, onun istefası da mümkün intizam tədbirləri və siyasi təzyiq fonunda baş verib.

Məlumata görə, Svolvellin Kaliforniyadakı dairəsi üzrə növbədənkənar seçki keçiriləcək. Eyni zamanda, Konqresdə etik araşdırmaların mərkəzinə düşən başqa qanunvericilərlə bağlı da mümkün sanksiyalar müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO