Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Şuraya sədrlik edən Komitənin keçmiş sədri Tahir Budaqov yeni sədr Azər Mursaqulovla əvəzlənib.
Qeyd edək ki, Tahir Budaqov fevralın 10-da Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə isə Azər İsmayıl oğlu Mursaqulov təyinat alıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:25 / 15.04.2026
Tahir Budaqovu Azər Mursaqulov ƏVƏZ ETDİ
Hazırda oxunan: Tahir Budaqovu Azər Mursaqulov ƏVƏZ ETDİ
Hazırda oxunan: Tahir Budaqovu Azər Mursaqulov ƏVƏZ ETDİ
607312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































