ABŞ Hörmüz boğazını blokadasını dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Çin Hörmüz boğazını daimi şəkildə açdığım üçün çox məmnundur. Mən bunu onlar üçün də edirəm – eləcə də bütün dünya üçün. Bu vəziyyət bir daha heç vaxt baş verməyəcək. Onlar İrana silah göndərməməyə razılaşıblar.
Prezident Si Cin Pin bir neçə həftədən sonra ora gedəndə məni böyük, səmimi şəkildə qucaqlayacaq. Biz ağıllı və çox yaxşı şəkildə birlikdə işləyirik! Bu, müharibə aparmaqdan daha yaxşı deyilmi? Amma unutmayın, lazım olsa biz hamıdan güclü döyüşməyi bacarırıq”, - deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadasına başlamışdı.

Bizim.Media




































































































