Paşinyan: “Erməni şagirdlər sərhəddən 30 metr aralıda futbol oynayır, bax, sülh budur”

Paşinyan: “Erməni şagirdlər sərhəddən 30 metr aralıda futbol oynayır, bax, sülh budur”

Hazırda oxunan: Paşinyan: “Erməni şagirdlər sərhəddən 30 metr aralıda futbol oynayır, bax, sülh budur”

607305

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi TRIPP layihəsinin icra mərhələsinə daxil olur.

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

Paşinyanın sözlərinə görə, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər.
 

“Biz məmnunluqla qeyd edirik ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin icrasını prioritet məsələ sayırlar”, - deyə Ermənistanın baş naziri bildirib.


Nikol Paşinyan vurğulayıb ki, bu yanaşma layihənin həyata keçirilməsinin bölgədə uzunmüddətli, sabit və etibarlı sülh üçün mühüm dayağa çevrilməsi anlayışına əsaslanır.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında qurulan sülhün möhkəm hüquqi təməli var.

“Sülh məcburi hüquqi qüvvəyə malikdir. Bu halda mən delimitasiya üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti nəzərdə tuturam. Kirantsdakı məktəbin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq həmin məktəbin şagirdlərini qorxutmur. Üstəlik, onlar sərhəddən 30 metr aralıda futbol oynayırlar. Bax, sülh budur”, - deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO