Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü

Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü

Hazırda oxunan: Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü
607354
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarda ana yemək üstündə qızını döyüb.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.

Kənd sakini, 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb.

Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb.

Bu əməlinə görə, F.Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib.
 

Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO