Paşinyan etiraf etdi: “Ermənistanda hər şeyin günahı Konstitusiyadadır”

Paşinyan etiraf etdi: “Ermənistanda hər şeyin günahı Konstitusiyadadır”

Hazırda oxunan: Paşinyan etiraf etdi: “Ermənistanda hər şeyin günahı Konstitusiyadadır”

607262

Baş nazir Nikol Paşinyan bildirib ki, onun özündə də Ermənistanda institusional səviyyədə “ədalət və hüquq hissi” yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ermənistan–Aİ vətəndaş cəmiyyəti platformasının 8-ci ikitərəfli görüşündə çıxış edərkən danışıb.
 

“Əsas problemlərdən biri proseslərin və institutların hakimiyyət mənbəyi olan xalqla bağlılığıdır. Mövcud sistemdə bizdə ədalət və hüquq hissi olmayacaq, çünki Ermənistanda məhkəmə və hüquq sistemi böyük ölçüdə ali hakimiyyət mənbəyi olan xalqla əlaqədən məhrumdur. Məhz bu problemi, o cümlədən yeni Konstitusiyanın qəbulu yolu ilə həll etməliyik”, – deyə Paşinyan bildirib.


Onun fikrincə, bu gün Ermənistanda ədalət və hüquq sistemi əsasən xalqdan təcrid olunmuş, onunla əlaqəsi olmayan, xalq qarşısında kifayət qədər hesabatlılıq və məsuliyyət daşımayan institutlar tərəfindən idarə olunur.

“Düşündükcə belə nəticəyə gəldim ki, ədalət və hüquq Konstitusiyaya və qanunlara uyğunluq deməkdir. Bəs Konstitusiyanın özünün xalqla əlaqəsi yoxdursa, onda nə etməliyik?” – deyə Paşinyan sual edib.

Onun qiymətləndirməsinə görə, belə vəziyyətdə istənilən addım cəmiyyət tərəfindən ədalətli kimi qəbul olunmayacaq.
 

“Konstitusiya xalqın azad iradəsinin ifadəsi olmalıdır. Lakin etiraf etməliyik ki, bizdə belə Konstitusiya olmayıb və təəssüf ki, indi də yoxdur. Ədalət və hüququn qaynaqlandığı mənbə xalqdan qopubsa, bütün sistemin fəaliyyəti cəmiyyət tərəfindən ədalətli kimi qəbul edilə bilməz”, – deyə baş nazir bildirib.


Onun sözlərinə görə, bu, həll olunmalı fundamental problemdir.

Xatırladaq ki, rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları əksini tapır. Bu səbəbdən Azərbaycan tərəfi bildirir ki, Konstitusiyada dəyişiklik edilmədən iki ölkə arasında yekun sülh sazişinin imzalanması çətin görünür.

Paşinyanın Konstitusiya ilə bağlı son açıqlamaları da bu müzakirələri yenidən aktuallaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO