Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb. O şəhər daxilində məktəblərin iki gün bağlı olacağını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO
"Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, doqquzu şagirddir", - o bildirib.
Mustafa Çiftçi qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.
“Dünən Şanlıurfada baş verən hadisə səbəbindən oradakı təhsil mərkəzlərini həftəsonuna qədər dayandırdıq. Bu gün Maraşda baş verən hadisə səbəbindən təhsili iki günlük dayandırırıq. Bunlar mənim ilkin açıqlamalarımdır. Bir daha bütün millətimizə və dünyasını dəyişənlərin ailələrinə başsağlığı verirəm", - nazir Çiftçi deyib.
Bizim.Media






































































































