Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödəniləcək? – RƏSMİ AÇIQLAMA

Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödəniləcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödəniləcək? – RƏSMİ AÇIQLAMA

607249

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 10 metro stansiyanın tikintisi və 2 elektrik deposunun tikintisinin tamamlanması nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 

Bildirilib ki, qeyd edilən obyektlərdən “Dərnəgül” və “Xocəsən” elektrik depolarının layihəsi altına düşən tikililərin köçürülməsi daha əvvəllər (2010-2015-ci illərdə) “Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq kompensasiya ödənilməklə həyata keçirilib.


Proqramda tikintisi nəzərdə tutulmuş 10 metro stansiyasından, 1 stansiyanın tikintisi artıq başa çatmaq üzrədir. Qalan 9 stansiyanın layihələndirilmə işləri həyata keçirilir. Layihə işləri tam başa çatdıqdan sonra, layihə altına düşən tikililərin mövcudluğu müəyyən edilərsə, yuxarıda qeyd edilən qanun tələblərinə uyğun olaraq kompensasiya ödənilməklə həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO