Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan gedir.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, bəzi modellərdə kuklanın qarnından "dölü" çıxarmaq, göbəkbağını kəsmək və doğuş prosesini canlandırmaq mümkündür.
Mövzu ilə bağlı keçirilən sorğu zamanı sakinlər bildiriblər ki, bu cür oyuncaqlar azyaşlıları yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış edə bilər.
Vətəndaşlardan biri belə oyuncaqların uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini deyib:
"Cəmiyyətimizi pozur. Uşaqlarımızın şüuruna mənfi təsir edir. Belə şeylər ümumiyyətlə tibbə aid olan məsələlərdir".
Digər respondent isə oyuncaqlara qarşı daha sərt münasibət bildirib:
"İmkanım olsa, elə adamları yer üzündən silərəm. Açıq-aşkar cəmiyyəti pozmaq deməkdir".
Mütəxəssislər isə bildirirlər ki, burada əsas məsələ təkcə oyuncağın görünüşü deyil. Onun uşağın yaşına və inkişaf xüsusiyyətlərinə uyğunluğu mütləq nəzərə alınmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
06:15 / 26.08.2026
"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO
Hazırda oxunan: "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO
Hazırda oxunan: "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO
633049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































