
- A-
- A
- A+
Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarındakı tikinti materiallarında baş vermiş yanğın söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yanğın hadisəsi baş verib.
Şahidlərin Bizim.Media-ya verdiyi məlumata görə, hadisə Pirşağı körpüsünün yaxınlığında, plastik çənlər yığılan ərazidə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş davam edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































